IKT

05 Mart

Yardımlıda yazlıq əkin kampaniyasına başlanılıb

Yardımlı rayonunda 2020-ci ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyasına başlanılıb.

Rayon Statistika İdarəsindən  verilən məlumata görə, qısa müddətdə rayonda 315 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bunun 18 hektarını dənli və dənli paxlalı bitkilər, 236 hektarını kartof, 61 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir.

Rayonda yazlıq bitkilərinin əkin sahəsi ötən illə müqayisədə 7,5 hektar artıb.

Şiləvəngə, Çayüzü, Vəlixanlı, Vərov və Zevin ərazi nümayəndəliklərinin təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak edirlər.