Neftçalada cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb.
Rayonun Statistika İdarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1578,1 hektarda yazlıq bitkilərin əkinini aparıblar. Əkin aparılmış sahələrin 1444 hektarını yonca, 94,2 hektarını kartof, 39,9 hektarını tərəvəz bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6 min 184 hektar sahədə pambıq əkilməsi üçün şum da aparılıb.
Qeyd edək ki, ötən il rayonda 1052 məhsul istehsalçısı ilə müqavilə bağlanılaraq 5087 hektar sahədə pambıq əkilib, 16 min 71,4 ton xam pambıq toplanılıb.
©Azertac