IKT

05 Mart

Ötən il 4117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərə satılıb

Aqrar sahədə həyata keçirilən islahatlar və görülən tədbirlər barədə danışarkən, qeyd edək ki, lizinq fəaliyyətinin genişləndirilməsi nəticəsində hazırda bazarda artıq azad və rəqabətli şərait formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl şirkətlərə şamil olunub.

Fins.az xəbər verir ki, ötən il 4117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərə satılıb. O cümlədən, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq prinsipi əsasında qurub və bütün rayonlarda dövlət aqrar inkişaf mərkəzləri artıq formalaşdırılıb. Bu mərkəzlərdə fermerlərə “Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmətin göstərilməsinə başlanılıb.