IKT

04 Mart

Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankı yaradılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankının yaradılmasına başlayıb. 

Bu barədə İnstitutun direktoru Mahir Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ötən ilin əvvəlindən təhqiqatlar aparılıb və artıq prosesə start verilib. 

“Toxum Bankında genetik fondumuzdan itmək təhlükəsi olan cinslər qorunub-saxlanılacaq. Məqsəd genetik fondu zənginləşdirməkdir. Layihənin tərkib hissəsi olaraq damazlıq kompleksi tikilir”, - o qeyd edib. 

M.Hacıyev onu da əlavə edib ki, hazırda dünyanın 125 ölkəsində Toxum Bankı var. 

©  “Report”