IKT

04 Mart

Ötən il istixanalardan 485 ton tərəvəz yığılıb

Hacıqabulda istixana kompleksinin şəbəkəsi ilbəil genişləndirilir.

Rayon Dövlət Aqrar inkişaf mərkəzindən bildiriblər ki, hazırda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 29,2 hektar ərazidə 21 istixanada tərəvəz (pomidor, xiyar) yetişdirilir. Ötən il bu istixanalardan 485 ton məhsul yığılaraq daxili və xarici bazarlara göndərilib. Məhsul istehsalçıları bu sahədən yaxşı mənfəət götürdükləri üçün istixanaların genişləndirilməsinə xüsusi diqqət yetirirlər. Ötən il rayonun Meyniman və Qubalı Baloğlan kəndlərində bir neçə istixananın tikintisinə başlanılıb. Atbulaq kəndində isə “Hajiqabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası əsasında yeni istixana tikilib istifadəyə verilib. İstixanada 100 nəfər daimi iş ilə təmin olunub.

©Azertac