IKT

02 Mart

Vüqar Hüseynov: Fermerlər Kapital Bank-ın filiallarına yaxınlaşaraq fermer kartlarını əldə edə bilər

Bu günədək 179 min fermer kartı çap olunaraq bölgələrə göndərilib.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov  deyib

Onun sözlərinə görə, fermerlər Kapital Bank-ın filiallarına yaxınlaşaraq fermer kartlarını əldə edə bilər. "Artıq məlumatları təstiqlənən yoxlamadan keçən fermerlərə subsidiyaların ilk tranşı köçürülüb və mart ayının 20 dək digər məbləğlərin də köçürülməsi nəzərdə tutulur",- deyə V. Hüseynov qeyd edib.