Azərbaycanda ötən il ixracın təşviqində prioritet əsasən fındığa verilib.
Fins.az-ın məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2019-cu ildəki fəaliyyətinə və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O həmçinin bildirib ki, Fond heç vaxt pomidor ixracatçılarına ixrac təşviqi verməyib və bunun əsas səbəbi kimi, onların Rusiya kimi geniş ixrac bazarının olması və dəstək üçün lüzumun qalmamasıdır: “Əsas prioritet fındıq və digər məhsullara verilib”.
©Apa