Bu gündən “BRPG” MMC şirkəti fermerlər üçün 25 və 100 başlıq südçülük kompleksinin tikintisi layihələrini təqdim edir.
Fins.az xəbər verir ki, layihəyə "Süd vadisi" adı verilib. “Süd Vadisi” - müxtəlif süd verən cins inəklər üçün avadanlıqla təchiz olunmuş fermerlər üçün optimal layihələrdən ibarətdir.
“Bu layihə yüksək təcrübəli memar-konstruktorlar və texnoloqlarla birlikdə hazırlanmışdır və kiçik fermerlər üçün nəzərdə tutulmuşdur. Layihələndirmə və tikintini tərəfimizdən aparılmasına görə layihənin qiyməti optimallaşdırmışdır ki, bu da fermerlər üçün qoyulan sərmayəni qısa müddətində geri qaytarılmasına zamin yaradır. Layihələndirilmədə və tikintidə istifadə edilən materiallar yüksək keyfiyyətli materiallardan hazırlanır və bir il ərzində istismarına zəmanət tərəfimizdən verilir. Fermerlərin süd istehsalı həcmini stabil saxlamaq üçün sağım inəkləri daimi yenilənməlidir. Bunun üçün layihədə süd verən inəklərin yetişdirməsi nəzərdə tutulmuşdur”,- şirkətin layihə təqdimatında bildirilir.
Layihənin məqsədi – xam süd, buzovlar, damazlıq inəklər və peyin satışı etməklə mənfəət əldə etməkdir.
Süd fermaları 4-6 ay müddətində tikilib istifadəyə verilib.
25 baş südçülük (65 baş ümumi sürü) heyvandarlıq kompleksi 259 min 500 manata, 100 baş südçülük (252 baş ümumi sürü) heyvandarlıq kompleksi isə 769 min 23 manata yaradılaraq təhvil verilir. Qiymətə inəklərin, mal-materiallların alınması və tikinti xərcləri daxildir.