İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayı təqdim olunub.
İcmalda qeyd edilib ki, 2020-ci ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 16,3 milyon ABŞ dolları) başçılıq edib. Bu siyahıda pomidor (13,2 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (11,2 milyon ABŞ dolları) üçüncü olub.
2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon ABŞ dolları və ya 2,5 faiz artıb.