IKT

28 Fevral

Oğuzda 944,5 hektar sahədə yeni meyvə bağları salınıb

2019-cu ildə Oğuz rayonunda 944,5 hektar sahədə yeni meyvə bağları salınıb. Yeni bağların 535 hektarına fındıq, 325 hektarına qoz, 36,5 hektarına alma, 25 hektarına armud, 23 hektarına isə gilas tingləri əkilib.

Rayon icra hakimiyyətindən bildiriblər ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 5 min 751 hektardır. Bu bağların 2 min 738 hektarı barverəndir. Ötən il meyvə bağlarından 4 min 123 ton məhsul tədarük olunub. Mövcud meyvə bağlarının 4 min 231 hektarını və ya 73,6 faizini fındıq bağları təşkil edir. Ötən il rayonda 954 ton fındıq istehsal edilib.

©azertac