IKT

28 Fevral

Yerli buğda xaricdən gətiriləndən daha çox bahalaşıb – Qiymətlər

Azərbaycan ərazisində 2020-ci ilin yanvarında yerli buğdanın  dəyəri 0,90 AZN/kq və xaricdən gətirlən dəyəri isə 1,31 AZN/kq təşkil edib.

Bu öncəki ayla müqayisədə yerli buğda sabit qalsa da, xaricdən idxal olunan buğdanın dəyəri 8,4% ucuzlaşmalı olub. Banker.az bu barədə AzStatKom-a istinadən bildirir.

Lakin, 2019-cu ilin yanvarında Azərbaycanda yerli buğda 0,86 AZN/kq, idxal olunan buğdanın yerli bazarda 1,29 AZN/kq təşkil etdiyini nəzərə alsaq yerli buğda 4,6%, idxal olunanın isə 1,6% faiz bahalaşması deməkdir. Yerli buğdanın qiymətində bahalaşma 2019-cu ilin avqustundan (son 4 ayda sabit qalıb) müşahidə edilir. Azərbaycanda kərə yağında da analoji hal, yəni, yerli məhsulların daha çox bahalaşması hiss olunub.

Hazırda çörəklə bağlı vəziyyət belədir:

  • Əla növ buğda çörəyi – 0,81 AZN/kq;
  • Çovdar çörəyi – 1,17 AZN/kq
  • Qarışıq undan çörək – 1,04 AZN/kq
  • Bulka – 0,27 AZN/ 100 qr