IKT

26 Fevral

100 hektarlıq ərazidə Aqro Kompleks planı

Azərbaycanın Royal Holding QSC şirkəti  Astara rayonunun Ərçivan kəndinin şimalında 100 hektarlıq ərazidə Astara Aqro Kompleksinin yaradılması nəzərdə tutur.

Fins.az xəbər verir ki, kompleksin 43 hektarlıq ərazisində istixana tikiləcəkdir.

“Təzə göyərti və tərəvəz məhsullarına olan təlabatı, ən əsası qış mövsümündə və mövsümə aid olmayan tərəvəz məhsullarına olan ehtiyacı istixana ödəyə bilər”,- Şirkətdən bildirilib.

42 hektarlıq ərazidə Logistika və Biznes Mərkəzinin, 5,5 hektar ərazidə isə motelin inşası nəzərdə tutulur.

©marja