IKT

26 Fevral

Azərbaycanın alma ixracı 40 milyon dolları keçib

Azərbaycan 2019-cu ildə 40 milyon 86 min dollar dəyərində təzə alma ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.

“2019-cu ildə Azərbaycan 40 milyon 86 min dollar dəyərində 96 min 892 ton alma ixrac edib. 2018-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 7,8%, dəyər ifadəsində 16% artıb”, - hökumətdən bildirilir.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il Rusiyaya 36 milyon 768 min dollar dəyərində (artım 6,4%) 88 min 921 ton təzə alma (artım 6.6%) ixrac edilib. Ümumilikdə, 2019-cu ildə Azərbaycandan alma ixracının 91,8%-i Rusiyanın payına düşüb.

2018-ci ildə Azərbaycan 38 milyon 37 min dollar dəyərində 89 min 866  ton alma ixrac etmişdi. İxracın əsas həcmi (34 milyon 548 min dollar dəyərində 82 min 398 ton) Rusiyanın payına düşmüşdü.

© “İnterfaks-Azərbaycan”