IKT

26 Fevral

Koronavirusa görə sarımsaq BAHALAŞIB

Rusiyada yanvar ayında sarımsağın qiyməti 37% bahalaşıb.

Fins.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu koronavirusun yayılması ilə bağlıdır. Ötən il sarımsağın 1 kiloqramı 155 rubla satılırdısa, bu il həmin çəkidə sarımsağı 212 (5 manat 50 qəpik) rubldan aşağı qiymətə almaq mümkün deyil.

Bundan əlavə, fevral ayında sarımsağın qiyməti daha 5,5% bahalaşıb. Hal-hazırda Rusiya bazarlarında sarımsağın bir kiloqramı 246 rubla (6 manat 30 qəpik) satılır.