IKT

26 Fevral

Tovuzlu fermerlərin istixanalarda yetişdirdikləri məhsulun satışından götürdükləri gəlir açıqlandı

Ötən mövsüm tovuzlu fermerlər ümumilikdə 38,4 hektar sahəni əhatə edən istixanalarda 3072 ton məhsul yetişdiriblər.

Rayon icra hakimiyyətindən bildirilib ki, fermerlər məhsul satışından 4 milyon 100 min manat gəlir əldə ediblər.

Eyni zamanda, 1329 hektar tərəvəz əkini sahəsindən 28 min 475 ton məhsul götürülüb. O cümlədən 10270 ton yerkökü istehsalından fermerlər 3 milyon 629 min manat gəlir götürüblər.

©azertac