IKT

25 Fevral

Keçən il Tovuzda üzümlüklərin sahəsi 745 hektara çatdırılıb

Keçən il Tovuz rayonunda 20 hektar sahədə yeni üzüm bağları salınıb.

Tovuz Rayon İcra Hakimiyyətindən Fins.az-a bildirilib ki, görülmüş tədbirlərdən sonra rayon üzrə üzümlüklərin ümumi sahəsi 745 hektara çatdırılıb. Mövsüm ərzində rayonda 16 min 283 ton məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə məhsuldarlıq 44 sentner artaraq 245,6 sentnerə çatıb. Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi yaradılıb. Keçən il müəssisə ilk dəfə olaraq fermerlərdən münasib qiymətlərlə məhsul qəbul edib. Müəssisədə müasir texnologiyalar əsasında alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəklində bazarlara çıxarılması planlaşdırılır. Qeyd edilib ki, müvafiq dövlət proqramına uyğun olaraq bu sahədə aparılan işlər davam etdirilir.