IKT

24 Fevral

220 milyon 49 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib

Tovuz rayon iqtisadiyyatının 45,6 faizini kənd təsərrüfatı təşkil edir.

Rayon icra hakimiyyətindən Fins.az-a bildirilib ki, keçən il rayon üzrə 220 milyon 49 min manat dəyərində 385 min 113 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 50 min 52 ton dənli bitkilər istehsal edilib. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,3 faiz ataraq 32,4 sentner, buğdanın məhsuldarlığı isə 33 sentner olub.