IKT

21 Fevral

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 335,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, onun da 320,3 milyon manatı heyvandarlıq, 15 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.