“Son 5 ildə USAID Azərbaycanın kənd təsərrüfatı sektoruna 11 mln ABŞ dolları məbləğində texniki dəstək göstərib. Onun da 5,5 mln ABŞ dolları fındıqçılığa aiddir".
Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara dəstək üçün tərəfdaşlıq sammitində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya rəhbəri Cey Sinqx deyib. Bu barədə report yazıb.
USAID rəsmisi əlavə edib ki, bunun nəticəsində fermerlər 75 mln ABŞ dollarlıq əlavə ixrac imkanları əldə edib. Tədbirdə çıxış edən "AmCham Azərbaycan"ın nümayəndəsi Nuran Kərimov isə "Ağ vərəq" haqqında danışıb: "Yəqin ki, siz "Ağ vərəq" adlı sənəddən xəbərdarsız. Bu günə qədər həmin sənəd üzrə verilən təkliflərin 50%-ə qədəri hökumət tərəfindən qəbul olunub. Əgər gənc biznesmenlər hansısa assosiasiyalar yaratmaq istəyirsə biz onları əməkdaşlığa dəvət edirik. Öz təcrübəmizi bölüşə bilərik. Biz burada rəqabət aparmırıq, hamımız eyni məqsədə xidmət edirik".