Bu ilin yanvar ayında Azərbaycanda 335,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,2% çoxdur. Ötən ay ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 12,5% artaraq 15 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 320,3 milyon manat olub.