2019-cu ildə Azərbaycana gətirilən yumşaq buğda üzrə ölkələrin siyahısında Rusiya, Qazaxıstan, Ukrayna yer tutur.
Fins.az xəbər verir ki, 2019-cu ildə Azərbaycana Rusiyadan 1 milyon 262 min 170 ton buğda gətirilib. Hesabat dövründə idxal edilən buğdanın dəyəri 267 milyon 137 min ABŞ dolları olub.
2018-ci ilin eyni dövründə isə Rusiyadan ölkəyə 146 milyon 467 min dollarlıq 776 min 587 ton buğda gətirilib. Belə ki, illik müqayisədə Rusiyadan Azərbaycana gətirilən buğdanın miqdarı 485 min 583 ton və yaxud 62,5% artıb.
Azərbaycana gətirilən yumşaq buğda üzrə ölkələr arasında 2-ci yerdə Qazaxıstan dayanır. Bildirək ki, 2019-ci ildə Qazaxıstandan Azərbaycana 256 min 949 ton buğda idxal edilib. Bu idxal edilən buğdanın dəyəri isə 56 milyon 737 min ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Qazaxıstandan Azərbaycana gətirilən buğdanın miqdarı 12 min 455 ton və yaxud 5% azalıb, dəyəri isə 12% artıb.
3-cü yerdə isə Ukrayna dayanır. 2019-cu ildə Ukraynadan Azərbaycana buğda gətirilməyib. 2018-ci ildə isə Azərbaycana 2 min 79 ton buğda və dəyəri 653 milyon dollarlıq buğda gətirilib.
©Banker