“Kürdəmir rayonunda da suvarma suyu çətinliyi var, ötən il bir çox sahələri suvarmaq mümkün olmamışdır”.
Fins.az xəbər verir ki, bunu Baramaçıların Resbublika müşavirəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.
İcra başçısı qeyd edib ki, pambıq əkən şirkətlərə əkin üçün Kürqırağı sahələrə üstünlük verilməsi tapşırılıb:
“Şirvan kanalı istiqamətində olan kəndlərimizdə suvarma suyu çətinliyi daha çox hiss olunur. Bu il pambıq əkən şirkətlər belə bir tapşırıq verdim ki, pambığı xüusilə Kürqırağı kəndlərdə əkmək lazımdır. Çünki az-çox Kürdən su təminatı olacaqdır”.
©marja