IKT

12 Fevral

Azərbaycanda yeni, yerli kartof toxumları satışa çıxarılıb

“Azərbaycan elmi-tədqiqat institutlarının yaratdığı yeni sortlar xarici sortlarla müqayisədə quraqlığa daha davamlıdır və rəqabətqabiliyyətlidir”.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik-Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

Onun sözlərinə görə, artıq 4 yeni, yerli kartof toxumu bazarlarda satılır. 

"Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda həm faraş kartofla, həm də təzə kartofla bağlı təhqiqat işləri aparılır: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə milli kartofçuluq sistemi adlı layihəmiz həyata keçirilir. Məqsədimiz bu istiqamətdə yerli toxumçuluq sistemini daha da təkmilləşdirməkdir", - o qeyd edib. 

Xatırladaq ki, Azərbaycanın kartofa olan illik tələbatı 1 milyon tondur.

©Report