IKT

12 Fevral

Azərbaycan şirkətinin bal məhsulu Qətərdə 2-ci yeri tutdu

Azərbaycanda arıçılıq sahəsində fəaliyyət göstərən və “Ballı” markasının sahibi “Apiaz” MMC 30 yanvar - 8 fevral 2020-ci il tarixində Qətər Respublikasının Doha şəhərində keçirilən Beynəlxalq bal sərgisində iştirak edib.

Sərginin sonuncu günündə 150-dən çox şirkətin 300-dən çox bal nümunəsi arasında keçirilmiş “Məhsulların keyfiyyət qiymətləndirilməsi” yarışında “Apiaz” şirkətinin təqdim etdiyi bal məhsulu xarici şirkətlər arasında məhsullarının keyfiyyətinə görə 2-ci yeri tutub.

Məlumata görə, bütün laborotoriya analizləri, keyfiyyət yoxlamaları məxfi şəkildə aparılıb.

“Bu bir daha sübüt edir ki, zəngin təbiətə malik Azərbaycan balı Dünya bazarında da layiqli yerini əldə edəcək. “Apiaz” MMC bundan sonra da Azərbaycan məhsullarını beynəlxalq bazarda təmsil etməyə davam edəcək”,- şirkətin məlumatında deyilir.