Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiketində əksini tapan məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib.
AQTA-dan verilən məlumata görə, bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxlama keçirilib. Bu zaman istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu aşkar edilib. Bu səbəbdən məhsulun satışına dərhal qadağa qoyulub.
Üzə çıxarılan faktla əlaqədar “Karona LTD” MMC qanunvericilik tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.
©fed