IKT

05 Fevral

Yeni subsidiya QAYDALARI

Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə bağlı təlimlər keçirilir.

Fins.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ötən həftə ərzində "Heyvan subsidiyası" ilə əlaqədar olaraq Şəmkir, Tovuz, Göyçay, Ağdaş, Astara, Lənkəran, Samux, Göygöl, Sabirabad, Abşeron, Bərdə, Yevlax, Şabran, Siyəzən, Lerik, Yardımlı, Ucar və Zərdab rayonlarında 681 nəfərə təlimlər keçirilib.

Cari il yanvarın 13-31-də keçirilən təlimlərdə ümumilikdə 1749 nəfər iştirak edib ki, onlardan 257 nəfər süni mayalanma mütəxəssisi, 1049 nəfər baytarlıq mütəxəssisi, 443 nəfər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşıdır.

Qeyd edək ki, respublikamızın müxtəlif rayonlarında "Heyvan subsidiyası" ilə bağlı maarifləndirmə işləri davam edir.