Fevralın 6-da Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Xidmətlər Agentliyi gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, görüşdə 200-dək təchizatçı iştirak edəcək. Görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim olunacaq.
“Məqsədimiz təchizatçıların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatını sürətləndirməkdir. Fermerlər subsidiyalarını aldığı müddətdə Subsidiya İnformasiya Sistemində qeydiyyatdan keçmiş bütün təchizatçılar alışları kartla qəbul etməyə hazır olmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş və liberallaşmış təchizatçı bazarından seçim vermək, subsidiyalarından tamamilə rahat istifadə etməyə şərait yaratmaq bu gün qarşımızda duran əsas vəzifədir”, – deyə AKİA sədri Mirzə Əliyev bildirib.