ADAU-nun 4-cü kurs tələbəsi Zamil Həsənov Azercell-in təşkil etdiyi Tələbə Təqaüd Proqramını qazanıb.
Fins.az xəbər verir ki, Z.Həsənov 700 nəfərin mübarizə apardığı proqramda seçilən 28 nəfərdən biri olub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat yayıb.
Qaliblər 200 manat məbləğində aylıq tələbə təqaüdü almaqla yanaşı, telekommunikasiya sahəsində biliklərini artırmaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə iş təcrübəsi keçmək imkanı da əldə edəcəklər.
Tuncay Türbəndəzadə