IKT

04 Fevral

Astarada çay sahələri 500 hektara çatdırılacaq

Çayçılıq Astarada kənd təsərrüfatının ənənəvi sahələrindən biridir. “Astaraçay” fabrikində istehsal edilən ekoloji təmiz Astara çayı Moskvada, Dubayda keçirilən beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb. 2019-cu ildə 273 hektar sahədən 583 ton yaşıl çay yarpağı yığılaraq fabriklərə təhvil verilib ki, bu da 2017-ci illə müqayisədə 106 ton və ya 22 faiz çoxdur.

Fins.az xəbər verir ki, bunu Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Onun sözlərinə görə, çay sahələrinin 500 hektara çatdırılması indi qarşıda duran əsas vəzifələrdən biridir. Bunun nəticəsində yüzlərlə insanın məşğulluğunu təmin etmək mümkün olacaq.