IKT

04 Fevral

Ötən il Bərdə rayonunda 212 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Özünüməşğulluq proqramına bu il ən azı 10 min insan cəlb olunacaq

Bərdə, 4 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən birini əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması təşkil edir. Dövlətimiz tərəfindən аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа və bununlа dа fəаl həyаt mövqеyinin fоrmаlаşmаsınа хüsusi diqqət yеtirilir. Bu bахımdаn Prеzidеnt İlhаm Əliyеvin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünəməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı deyib ki, önəmli proqramlardan biri də özünüməşğulluq proqramıdır: “Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək. Bizim təşəbbüsümüzlə bu proqramı Dünya Bankı ilə birgə icra edirik. Yəni, yaradılacaq bu 10 min iş yeri üçün Dünya Bankının xətti ilə də vəsait nəzərdə tutulur. Bizə onların vəsaitindən çox təcrübəsi, ekspertizası lazımdır. Çünki Dünya Bankı dünyanın bir çox ölkələrində belə layihələr icra edib. Ona görə həm ekspertiza, həm əlavə maliyyə vəsaiti cəlb olunacaq. Mən Azərbaycanda fəaliyyət göstərən özəl banklara da demək istərdim ki, onlar da baxsınlar, bu proqrama qoşulsunlar və proqram daha geniş vüsət alsın. Çünki qeyd etdiyim kimi, maraq böyükdür, tələbat da artır”.

Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayounda da özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş vətəndaşlar öz ailə təsərrüfatlarını və bizneslərini qururlar. Proqram çərçivəsində 2019-cu ildə Bərdə rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş 212 nəfər vətəndaş müvafiq təlimləri başa vurub, öz biznes planlarını müdafiə ediblər. Özünüməşğulluq proqramından yararlanan vətəndaşlar qoyunçuluq, maldarlıq, arıçılıq, xidmət və istehsalat sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırırlar.

AZƏRTAC-ın bölgə müxbiri Bərdə rayonunda özünüməşğulluq proqramından yararlanan sakinlərin layihə ilə bağlı fikirlərini öyrənib.

Bərdə rayon Körpüsındıran kənd sakini ikinci qrup əlil Ruslan Əmrahova öz məşğulluğunu təmin еtmək və аilə biznеsini qurmаq üçün bu yaxınlarda 22 baş keçi verilib. Ruslan Əmrahov özünüməşğulluq proqramında iştirakı haqqında məlumat verərək deyib: “Rayon məşğulluq mərkəzinə iş üçün müraciət etmişdim. Sağ olsunlar, özünüməşğulluq proqramı barədə mənə məlumat verdilər. Kursdan keçdim, biznеs-plаn hаzırlаdım. Çox gözləməli olmadım. Tezliklə ailə təsərrüfatımı formalaşdırmaq üçün bizə 22 baş keçi verildi".

Təsərrüfatını daha da genişləndirməyi planlaşdıran R.Əmrahov deyib: "Keçi təsərrüfatının qoyunçuluqdan üstünlüyü daha artımlı olmasıdır. Bir il ərzində keçilərin sayını 60 başa çatdırmağı nəzərdə tutmuşam. Gələcəkdə həm keçilərin, həm də südün və pendirin satışını həyata keçirəcək, beləliklə də ailəmizin gəlirini təmin etmiş olacağıq. Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Rayonun Zümürxan kəndində məskunlaşan Ağdam rayonundan məcburi köçkün Əlyar Əlyarova isə öz məşğulluğunu təmin еtmək və аilə biznеsini qurmаq üçün 21 baş qoyun verilib. Ə.Əlyarovun da məqsədi heyvanların sayını çoxaltmaq və təsərrüfatını genişləndirməkdir: “Biz doğma kəndimizdə də heyvandarlıqla məşğul olurduq. 1993-cü ildən Bərdə rayonunda məskunlaşmışıq. Heyvandarlıqla məşğul olmaq istəsək də təsərrüfat yaratmaqda çətinlik çəkirdik. Bir il əvvəl özünüməşğulluq proqramından faydalanmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələndim. Bir aydır ki, gördüyünüz bu heyvanlar mənə verilib. Artıq onların altısının balası olub. Yazda heyvanların sayı 40-a çatacaqdır. Erkəkləri satıb yem təminatına, həm də özümüzün dolanışığımız üçün istifadə edəcəyik. Dişi quzuları isə damazlıq kimi saxlayacağıq. Ən böyük istəyim Qarabağın işğaldan azad olunması və təsərrüfatımızı doğma torpaqlarımızda genişləndirməkdir".

Qeyd edək ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.