IKT

04 Fevral

Aqrar sahədə istifadəsi nəzərdə tutulan 10 yeni dron alınıb

Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən aqrar sahədə istifadəsi nəzərdə tutulan 10 yeni dron alınıb.

Bu bar'd' “Fins.az”a Aqrar Elm və İnnovasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dronlar istifadə hazır vəziyyətə gətirilir və bu yaxında ictimaiyyətə təqdim olunacaqlar. “Biz dronların iqtisadi səmərəliliyini fermerlərə nümayiş etdiririk. Misal olaraq taxılın böyümə dövründə 100 hektar ərazinin tam ortasında sarı pas xəstəliyi və ya taxıl haf ocağı müəyyənləşib. Bu zaman o hissəyə texnikanın salınması və düzgün seçilməyən dərman əkinə fiziki olaraq mənfi təsir göstərir və bu təsirdən bitki stressə düşür. Bu problemi tam aradan qaldırmaq üçün drondan istifadə etmək kifayətdir. Böyük sahəni dərmanlamaq üçün 100 nəfər və ya 10 maşın cəlb olunsa belə, istənilən effekti əldə etmək mümkün olmur. Bir dron isə 8 dəqiqəyə 1 hektar ərazini tam olaraq dərmanlamağa qadirdir”, - deyə Mərkəzdən qeyd ediblər. Mərkəzdən əlavə ediblər ki, dronlar Çinin DJI şirkətindən alınıb, gələcəkdə isə bu istiqamətdə AMEA-nın “Yüksək Texnologiyalar Parkı” ilə də əməkdaşlıq istisna edilmir.