IKT

03 Fevral

Azərbaycan bu sitrus meyvəsini dünyada istehsal edən 5 ölkədən biridir

Hallabonqun dadı bir yana, adı sizə tanışdırmı?

Fins.az xəbər verir ki, Azərbaycan bu sitrus meyvəsini dünyada istehsal edən 5 ölkədən biridir. Bir neçə ildir sahələrdə əkilir və yaxşı da məhsul verir. Hallabonq portağal və naringinin hibrididir. Hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınıb. 15 hektarlıq sahədə sınaq əkini aparandan sonra nəticələr müsbət olub və kəndlilər hallabonq bağlarının ərazisini xeyli genişləndiriblər. Bu sitrus ağacları ildə bir neçə dəfə bar verir.

Keçən il sahələrdən 60-70 ton arası məhsul yığılıb. Hallabonqun yığımı bu ayın axırına kimi davam edəcək. Onun qabığı xoş ətirə malik olduğu üçün ətriyyatda da istifadə olunur. Yerli sitrus meyvələrindən də məhsuldarlığına görə çox seçilir. Lənkərana yolunuz düşsə, Sütəmurdov, Siyavar, Separadi və Tükəvilə kəndlərində hallabonq bağlarına rast gələ bilərsiniz. Gələcəkdə başqa ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.

Qeyd edək ki, Dünyada ilk dəfə 70-ci ildllərdə təbii seleksiya yolu ilə Yaponiyada yetişdirilən Hallabonq istehsalına görə isə ölkəmiz Yaponiya, Cənubi Koreya, ABŞ və Braziliyadan sonra 5-ci yerdə qərarlaşıb.