IKT

30 Yanvar

Agentlik heyvan kəsimi məntəqələrinin sahiblərinə xəbərdarlıq edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Abşeron rayonu İcra hakimiyyətinin nümayəndələri və Abşeron rayon polis idarəsinin əməkdaşları ilə birgə rayonun Hökməli və Qobu qəsəbəsi, Xırdalan şəhəri ərazisində 14 kəsim sahəsində reyd keçirilib.

AQTA-dan verilən məlumata görə, reyd zamanı müəyyən olunub ki, həmin ünvanlarda fəaliyyət göstərən 8 mağazada ətlərin satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirilir. Bununla əlaqədar olaraq qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib, eyni zamanda yol kənarlarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən ləğv edilib.

©Apa