IKT

30 Yanvar

Ötən il bu rayonda 2 tona yaxın tərəvəz yığılıb

Son illər Sabirabadda istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan torpaq mülkiyyətçiləri hər il daxili və xarici bazarlara istixanalarda yetişdirilən min tonlarla məhsul çıxararaq yüksək mənfəət əldə edirlər. Onlar bu sahədən əldə etdikləri gəlirlər hesabına istixanaların şəbəkəsini də ilbəil genişləndirirlər. Hazırda rayonun Nizami kəndində ərazisi 5 hektar olan yeni istixana kompleksi tikilir. Yaxın vaxtlarda bu istixanada da məhsul yetişdirilməsinə başlanılacaq.

Rayon Statistika İdarəsindən bildiriblər ki, 2019-cu ildə Sabirabadda ümumi sahəsi 25 hektar olan 27 istixana kompleksində 1909 ton xiyar-pomidor və digər tərəvəz istehsal olunaraq bazarlara çıxarılıb.

Qeyd edək ki, Sabirabadda təsərrüfatın bu sahəsi ilə ən çox rayonun Suqovuşan, Ruzman və Nizamikənd kəndlərində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olur.

Ötən il Azərbaycanın ixrac etdiyi qeyri-neft sektoruna aid malların siyahısında pomidor (189,3 milyon ABŞ dolları) birinci yerdə olub.