IKT

27 Yanvar

Azərbaycan Dövlət Aqrar Universitetində daha bir layihə keçiriləcək

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ev sahibliyi ilə "Auditoriyadan tarlaya” adlı layihə həyata keçiriləcək.

Fins.az xəbər verir ki, universitetin Tələbə Evində layihənin təqdimat mərasimi keçirilib.

"Auditoriyadan tarlaya" layihəsinin rəhbəri, ADAU-nun Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin ictimai fəallığının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılmasıdır. Eyni zamanda, aqrar sahədə problemlərin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin aradan qaldırılmasında təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaq da əsas hədəflərdəndir.

Layihə çərçivəsində "Auditoriya və praktika”, "Aqrar sahəyə marağı artırmaq üçün nə etmək lazımdır?", "Fermer yerli aqronoma inanırmı?" adlı maarifləndirici təlimlər keçiriləcək, layihə iştirakçılarının ADAU-nun Tədris-təcrübə təsərrüfatına ekskursiyası təşkil olunacaq.