IKT

27 Yanvar

Azərbaycanda ət istehsalı artıb

2019-cu ildə ölkədə 573,3 min ton, yaxud əvvəlki ilə nisbətən 3 faiz çox diri çəkidə ət, 2 milyon 129,4 min ton (2,4 faiz çox) süd, 1 milyard 827,1 milyon ədəd (9 faiz çox) yumurta, 16,1 min ton (1,6 faiz çox) yun istehsal olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.