IKT

27 Yanvar

Ölkədə 2,6 milyon baş iribuynuzlu mal-qara var

Bu il yanvarın 1-nə ölkə üzrə 8 milyon 296,3 min baş qoyun və keçi, 2 milyon 658,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 281,2 min baş inək və camış mövcud olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 7,8 min baş (0,1 faiz), iribuynuzlu mal-qaranın sayı 0,7 min baş (0,03 faiz) azalıb, inək və camışların sayı isə 2,1 min baş (0,2 faiz) artıb.