2019-cu ildə Azərbaycanda 1 milyon tondan çox kartof istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 11,6% çoxdur.
İstehsal artımı məhsuldarlığın artması hesabına əldə edilib.
Keçən il 56,9 min hektar sahədə kartof əkilib. Bu, 2018-ci illə müqayisədə 4,1% azdır. Amma rəsmi məlumatlara görə, kartofun orta məhsuldarlığı 169 sentner/ha, yəni əvvəlki ilə nisbətən 20 sentner və ya 13.4% çox olub.