IKT

24 Yanvar

Pambıq əkiləcək sahələrdə dondurma şumu çıxarılır

Ucar rayonunda bu il pambıq əkiləcək sahələr müəyyənləşdirilib və hazırda bu ərazilərdə dondurma şumu çıxarılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə 500 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Hazırda sahələrdə 4 şum traktoru işləyir və artıq 200 hektarda dondurma şumu çıxarılıb.

Qeyd edək ki, rayonda əsas pambıqçılıq təsərrüfatları olan Xələc, Bərgüşad və Təzə Şilyan ərazi dairələrində bu mühüm tədbir davam etdirilir.

Hazırda dondurma şumu aparılan sahələr arat edilir. Mütəxəssislər aratı gələcək yüksək məhsul üçün vacib olan aqrotexniki tədbirlərdən biri kimi dəyərləndirirlər.