IKT

23 Yanvar

Bakıda Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək - TARİX

25-26 yanvar tarixlərində “Caspian Business Hotel”də VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.

 

Azərbaycan Arıçılar Assosiasiyasından daxil olmuş məlumata görə, bu ilki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus Respublikası, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər verəcək, master klas proqramları həyata keçirəcəklər. Peşakar Arıçılar Birliyi olaraq həm Azərbaycan, həm də yaxın coğrafiyalardan olan arıçıların iştirakı ilə fərqli mədəniyyətlərdən olan böyük bir ailəni bir yerə toplayacağıq.

 

Konfrans müddətində 20-dən çox firmanın yer alacağı sərgidə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və s. kimi fərqli ölkələrdən olan istehsalçılar iştirak edəcək, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

 

VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi,  mükafatlandırma mərasimləri keçiriləcək. Yanvarın 28-də isə qonaqların Bakı şəhəri gəzintisi olacaq.

 

Qeyd edək ki, 6 ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.

 

Konfrans haqqında digər məlumatları www.pab.az saytından əldə edə bilərsiniz.