IKT

23 Yanvar

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini ucuz dönərlərlə bağlı açıqlama verdi

"İstehlakçı bilirsə ki, ətin kilosu nə qiymətədir,təbii ki, bilməlidir ki,bu qiymətə verilən hər hansı bir qida məhsulu artıq risk altındadır" Fins.az xəbər verir ki, bunu qida biznesi forumunda çıxış edərkən Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə deyib. O qeyd edib ki, "Dönərlərlə bağlı bildirmək istərdim ki, respublikada hazırda qida sahəsində fəaliyyət göstərən 50 minə yaxın subyekt var. Qida Təhlükəsizliyi Agentliyi nəzarətçi qoya bilməz mümkün də deyil.Heç bir ölkədə də belə bir təcrübə yoxdur.Hər kəs öz məsuliyyətini bilməlidir. Daha sonra agentlik rəsmisi qeyd deyib ki,"Sahibkarlıq subyektləri eyni zamanda istehlakçılar bilməlidir ki,məsuliyyəti harda başlayıb harda bitir.İstehlakçı bilirsə ki, ətin kilosu nə qiymətədir,təbii ki bilməlidir ki,bu qiymətə verilən hər hansı bir qida məhsulu artıq risk altındadır." Rüfət Rüstəmzadə bildirib ki," İstehsalçı da buna öz fikrini bildirməlidir.Təbii ki biz marifləndirmə işləri aparırıq,reydlər keçiririk.Hüquq mühafizə orqanları ilə birgə aşkar olunmuşdu ki, ölmüş heyvanların ətindən istifadə olunur müxtəlif iaşə müəssisələrində." Daha sonra "Bu məsəllər yəni öz həllini qısa zaman ərzində tapacaq çünki bu sahədə də texniki bazanı hazırlayırıq"deyə bildirib