Qida təhlükəsizliyi Agentliyi tərəfindən yaradılan Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) bir neçə modulunun tətbiqinə başlanılıb. Fins.az xəbər verir ki, bunu qida biznesi forumunda çıxış edərkən Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə deyib. Onun sözlərinə görə, bu modulların sırasına keyfiyyət modulu və ixrac moduludur ki, onlar pilot olaraq Xaçmaz rayonunda tətbiq olunur. "2019-cu ilin sonunda Qida təhlükəsizliyi haqqında qanun layihəsi artıq Nazirlər Kabinetinə təqdim olundu.ilk dəfə belə bir qanun bu il təstiq olunacaq. Fərq ondan ibarətdir ki, bu qanun bütün qida zəncirininə şamil olunacaq. Eyni zamanda AQTİS sistemi tətbiq olunacaq",- deyə R. Rüstəmzadə qeyd edib. O həmçinin əlavə edib ki, AQTİS sisteminin tətbiqinə böyük biznes sahiblərinə 2 il, kiçik və orta biznesin sahiblərinə 4 ilə yaxın vaxt ayrılıb.