Kənd Təsərrüfatı Nazirliyi dünyada gedən elmi -texniki və elmi prosesləri izləyir və onların ölkəyə transfer istiqamətində işlər aparır. Fins.az xəbər verir ki, bunu qida biznesi forumunda çıxış edərkən Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib. Onun sözlərinə görə, məqsəd ölkə sahibkarların istehsal etdiyi qida məhsullarının dünya bazarlarına çatdırılması üçün faydalı olaq. "Qida məhsullarının istehsalında bu məhsulların uzaq məsafəyə çatdırılmasında böyük problemlər yaranırdı. Bu öz növbəsində məhsulların ixracı zamanı onların xarab olma ehtimalı daha çoxalır. Bu səbəbdən aqrar elmin inkişafına böyük zərurət yaranır",- deyə E. Zeynalov qeyd edib.