IKT

22 Yanvar

Azərbaycan Gürcüstandan gübrə idxalını 6 dəfədən çox artırıb

2019-cu ildə Gürcüstan Azərbaycana mineral və ya kimyəvi gübrələrin ixrac həcmini 6,4 dəfə və ya 21 348,6 ton artıraraq 25 291,6 tona çatdırıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Azərbaycan tərəfindən ödənilən məbləğ 4 732,3 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə isə Azərbaycan Gürcüstandan 741,6 min dollar dəyərində 3 943,4 ton məhsul idxal edib.