IKT

22 Yanvar

Meyvə istehsalı ildən-ilə artır

Kürdəmir rayonunda yola saldığımız 2019-cu ildə 36 min 836 ton meyvə istehsal edilib. Bu göstərici 2018-ci illə müqayisədə 3 min 29 ton və ya 8,9 faiz çoxdur.

Rayon statistika idarəsindən bildirilib ki, son illər kənd əməkçilərinin narçılığa maraq göstərməsi, intensiv texnologiyaların tətbiqi məhsul istehsalında narın xüsusi çəkisinin artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, ötən il istehsal olunan meyvənin 32 min 796 tonu nardır. Qalanı isə heyva, gavalı, alça və digər meyvələrdir.

Qeyd edək ki, son beş ildə rayonda bağların sahəsi 1300 hektar artaraq 3998 hektara çatıb. Meyvə bağları, xüsusilə sakinləri əsas məşğuliyyət növü olan narçılıq Axtaçı, Karrar, Ərəbqubalı, Sığırlı və bir sıra digər ərazi dairələrində daha sürətlə artır.