IKT

22 Yanvar

Balakəndə tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanalar hazırlanır

Balakən rayonunda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb və qısa müddətdə 470 belə istixana yaradılıb. Builki mövsümdə istehsalçıların tütün şitillərinə olan tələbatının tam ödənilməsi üçün təsərrüfatlarda 950-dək sadə istixananın yaradılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədə tütün yetişdirib, 512,3 ton quru tütün əldə ediblər.