IKT

22 Yanvar

Ötən il fabriklərdə quşların sayı 2 milyon başa yaxın artıb

01 yanvar 2020-ci il vəziyyətinə Azərbaycanda quşçuluq fabriklərində quşların sayı 14  milyon 68 min 100 baş təşkil edib.

 

Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin əvvəli ilə müqayisədə quşların sayı 1  milyon 811 min baş və ya 14,8% artıb.

 

Ötən il quşçuluq müəssisələrində diri çəkidə 67,2 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunmuşdur. Hər yumurtlayan toyuqdan orta hesabla 201 ədəd yumurta alınmışdır.