IKT

21 Yanvar

Salyanda istixanaların şəbəkəsi genişləndirilir

Salyanın qəsəbə və kəndlərində istixanaların şəbəkəsi ilbəil genişləndirilir, məhsul istehsalı artır.

Son illər rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla, 8 müasir istixanan yaradılıb, Kürsəngi kəndi ərazisində isə 60 hektar sahədə yeni istixana kompleksi istifadəyə verilib. Rayonun Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kəndlərinin ərazisindəki istixanalarda yetişdirilən faraş tərəvəz (xiyar-pomidor) ən yaxın xarici bazarlara göndərilir. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.

Qeyd edək ki, hazırda rayonda 138 hektar ərazidə 473 istixana mövcuddur. Ötən il bu istixanalarda 19 min 973,5 ton xiyar-pomidor istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb. Bu, 2018-ci ildə istehsal olunan məhsuldan 257,6 ton çoxdur.