IKT

21 Yanvar

2025-ci ilədək ölkənin aqrar–sənaye müəssisələri kənd təsərrüfatı əsas aparıcı qüvvə olacaq

2016–2020-ci illər üçün nəzərdə tutulmuş prioritetlər çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində 2025-ci ilədək ölkənin aqrar–sənaye müəssisələri kənd təsərrüfatı sektorunun əsaslı şəkildə dəyişməsində (transformasiyasında) əsas aparıcı qüvvə olacaq.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub.