IKT

21 Yanvar

Fermerlərin peşə bilik və bacarıqları artırılacaq

Azərbaycanda fermerlərin əksəriyyətinin peşə bilik və bacarıqlarının aşağı olması formal təhsil sistemi ilə yanaşı qeyri-formal təlim şəbəkəsinin də inkişaf etdirilməsini, başqa sözlə, qısamüddətli və vaxtaşırı təşkil olunmuş kurslarda kənd təsərrüfatı istehsalçılarının peşə bilik və bacarıqlarının artırılmasını zəruri edir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub.

Bu baxımdan, hazırda təsərrüfatlarda çalışanların texniki, idarəetmə və iqtisadi biliklərinin artırılması məqsədilə qısamüddətli təlimlər, təcrübə yayımı, məsləhətlər və s. kimi praktiki öyrətmə metodlarının genişləndirilməsinə ehtiyac vardır. Bu istiqamətdə özəl məsləhət xidmətlərinin yaradılması və inkişafının stimullaşdırılması üçün ilk dövrlər dövlətin də bu istiqamətdəki fəaliyyətinin gücləndirilməsi zəruridir.